Dahi lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş dəyirmi masa

10 may 2018-ci il tarixində məktəbimizin ingilis dili müəllimi Müzəyyan Şıxıyeva Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş dəyirmi masa keçirdi. Dəyirmi masada məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Gülalıyeva Həqiqət, ədəbiyyat müəllimi Səfərova İlhamə və ingilis dili müəllimləri iştirak etdilər. tədbiri giriş gözü ilə Şıxıyeva Müzəyyan açdı. 8d sinif şagirdləri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışdılar. 6a və 7d sinif şagirdləri “Heydər baba”, “Azərbaycan” haqqında kompozisiyalarla çıxış etdilər. Tədbir Heydər Əliyevin fəaliyyəti ilə bağlı slaydlarla müşayət olundu. Şagirdlər “Heydər və xalq” mahnısını ifa etdilər. Sonda Gülalıyeva Həqiqət tədbir haqda fikirlərini söylədi, müəllim Şıxıyeva Müzəyyana və şagirdlərə dəyirmi masanın təşkilinə görə minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi