"Abbas və Zeynəb" hekayəsinin təhlili

      Oxu günü saatları çərçivəsində 07.08.2018-ci il tarixində müəllim Dadaşova Aygün 2ə sinif şagirdləri ilə birgə S.S.Axundovun “Qorxulu nağıllar” silsiləsinə daxil olan “Abbas və Zeynəb” hekayəsini müzakirə etdilər. İlk öncə S.S.Axundovun həyat və yaradıcılığı haqqında ümumi məlumat verildi. Şagirdlər “Abbas və Zeynəb” hekayəsinin məzmununu danışaraq, hekayənin xəritəsini, ideyasını izah etdilər. Hekayədən kiçik bir fraqment səhnələşdirilərək şagirdlər tərəfindən təqdim olundu. Lüğət üzrə iş aparıldı, Hacı Səmədə və Quldur Səfərə şagirdlər tərəfindən yazılan məktublar oxundu. Dərs zamanı müəllim Dadaşova Aygün müasir təlim texnologiyalarından, interaktiv metodlardan da istifadə etid. Sonda müəllim və 2ə sinif şagirdləri bu şəraiti onlara yaratdıqları üçün məktəbin direktoru Abdullayev Elçin və direktor müavini Günel Səmədovaya öz təşəkkürünü bildirdilər.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi