Ramana qalası ətrafında ağacəkmə aksiyası

05.05.2018-ci il tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiyada BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları, Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, məktəb direktorları, direktor müavinləri, KİV nümayəndələri və digər qonaqlar iştirak ediblər. Ağacəkmə aksiyası Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ramana qalasının ətəyindəki yaşıllıq sahəsində təşkil olunan aksiyada məktəbimizin direktoru Abdullayev Elçin, direktor müavinləri Səmədova Günel və Gülalıyeva Həqiqət fəal iştirak ediblər. Aksiyanın əsas məqsədi ondan ibarət idi ki, ətraf mühitin mühafizəsinə və ekoloji durumun yaxşılaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyev irsini davam etdirmək, yaşıllaşdırma ənənələrini  genişləndirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi