Şagirdimizin Türkiyədə keçirilən Antalya Uşaq Festivalında iştirakı

       Məktəbimizin 2e sinif şagirdi İskəndərli Altunay 3 saylı Uşaq İnkişaf Mərkəzinin “Çiçəyim” uşaq teatrının fəal üzvüdür. 23 aprel tarixində onlar Türkiyədə keçirilən Antalya Uşaq Festivalında iştirak edərək ölkəmizi layiqincə təmsil ediblər. Festivalda 12 dövlətdən uşaqlar qatılmışdı. İskəndərli Altunay qrup tərkibində hazırladıqları rəqslərlə çıxış etdilər. Qaliblər hədiyyələrlə mükafatlandırıldı. Şagirdimiz Altunayı və onunla bərabər uğur qazanan digər uşaqları təbrik edirik.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi