“Qorxulu nağıllar” silsiləsindən “Nurəddin” hekayəsinin təhlili

     30.04.2018-ci il tarixində 2e sinfində mütaliə saatı keçirildi. Müəllim İsayeva Məsmə S.S.Axundovun “Qorxulu nağıllar” silsiləsindən qələmə aldığı əsərlərindən biri olan “Nurəddin” hekayəsinin təhlil etdi. Qeyd etdi ki, hekayədə yazıçı yaxşılıqla yamanlığı, xeyirxahlıqla bədxahlığı üz-üzə qoyur. Əsərdə hadisələr drammatik tərzdə inkişaf edərək xeyirxahlığın qələbəsi ilə başa çatır. Şagirdlər mətni hissə-hissə danışdılar. Müəllim dərsdə əyanı vəsaitlərdən və İKT-dən səmərəli istifadə edərək mətnin xəritəsini qurdu, yeni sözləri izah etdi. Əsərdən kiçik bir fraqment şagirdlər tərəfindən nümayiş olundu. Müəllim onu da bildirdi ki, bu əsərdə əsas fikir yaxşılığa yamanlıqla və yamanlığa yaxşılıqla cavab verməkdir. Dərsi dinləmək üçün məktəbin direktoru Abdullayev Elçin, direktor müavini Səmədova Günel, müəllimlərdən Hüseynova Zümrüd, Zeynalova Reyhan, Nəcəfova Rima iştirak etdilər. Yekunda Səmədova Günel öz fikirlərini və ürək sözlərini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi