Oxu günü çərçivəsində "Açıq dərs" keçirildi

      27.04.2018-ci il tarixində 2f sinif şagirdləri oxu günü çərçivəsində 100 sevimli nağıl kitabından “Yumru daş” nağılının müzakirəsini keçirdilər. Dərsə başlamazdan əvvəl himn oxundu. Müəllim Nəbiyeva Fəridə kitablar haqqında danışaraq, mütaliənin həyatımızda böyük əhəmiyyət kəsb etdiyini bildirdi. Müəllimin məlumatından sonra uşaqlar “Kitab” və “Vətən” haqqında şeirlər söylədilər. Sonra mövzu ətrafında müzakirələr aparıldı. Nağılın məzmunu haqqında şagirdlər öz fikirlərini söylədilər. Nağılda şagirdlərə yaxşılıq, yamanlıq, xəsislik, acgözlük, tamahkarlıq aşılanır. Müəllim şagirdlərə müraciət edərək nağılın hansı janrda yazıldığını, nədən ibarət olduğunu və şagirdlərin bundan nə nəticə çıxardığını soruşdu. Həmçinin şagirdlər nağıldan balaca bir səhnəcik göstərdilər. Sonda direktor müavini Səmədova Günel şagird və müəllimə öz ürək sözlərini söylədi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi