İngilis dili aylığının yekunu

Bu gün ingilis dili aylığının yekunu olaraq məktəbin akt zalında tədbir keçirildi. Tədbirdə direktor müavini Gülalıyeva Həqiqət, Rəsulova Günay, British Counsilin təlimşi metodisti Fatimə xanım, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər. Müəllim Nadirova Vəfa, Kərimova İlahə, Əliyeva Lalə və metodbirləşmə sədri Şıxıyeva Müzəyyan şagirdləri ilə birgə meyvələr, fəsillər və dostluq haqqında şeirlər söylədilər, səhnəciklər hazırlayaraq tədbir iştirakçılarına nümayiş etdirdilər. 5b sinif şagirdləri "Qırmızı papaq" nağılını, 5d sinif şagirdləri "Arşın mal alan" filmindən bir parçanı çox böyük məharətlə ifa etdilər. IV sinif şagirdləri isə "Rain rain go away" adlı mahnının sədaları altında çətirlərlə rəqslərini nümayiş etdirdilər. IX sinif şagirdi Quluzadə Nihadın ifa etdiyi "Mamma" adlı italyan mahnısı alqışlalarla qarşılandı. Sonda metod birləşmə sədri Şıxıyeva Müzəyyan iştirakçılara minnətdarlığını bildirdi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi