"Firuzə qaşlı xəncər" hekayəsinin təhlili

Bugün oxu günü çərçivəsində 3ə sinif şagirdləri Elçin Hüseynbəylinin “Firuzə qaşlı xəncər” hekayəsi müzkirə olundu. Müəllim Rəşidli Səbinə əvvəlcə şagirdlərə mütaliənin faydaları haqqında məlumat verdi. Sonra müəllim yazıçı, dramaturq Elçin Hüseynbəyli haqqında danışaraq, müzakirə olunacaq hekayənin adını qeyd etdi. Şagirdlər müəllimin rəhbərliyi altında qan yaddaşımızı yada saldılar. Bir neçə şagird müzakirə olunan “Firuzə qaşlı xəncər” hekayəsini nəql etdilər. Hekayədəki hadisələr müəllim və şagirdlər arasında müzakirə olundu, hekayə xaritəsi tərtib edildi. Müəllim Rəşidli Səbinə Xocalıya həsr olunmuş videolenti nümayiş etdirdi. Yekunda Azərbaycan Respublikasının himni səsləndi və hərkəs 1 dəqiqəlik sukütla Xocalıda ölənlərin xatirəsini yad etdilər. Sonra direktor müavini Səmədova Günel öz təşəkkürünü və ürək sözlərini bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi