Məktəbimizdə oxu günü davam edir

     25.04.2018-ci il tarixində 3c sinfində oxu günü ilə bağlı Mark Tvenin “Tom Soyerin macəraları” adlı əsərinin təqdimatı oldu. Dərsdə direktor müavini Səmədova Günel və ibtidai sinif müəllimləri iştirak etdilər. Sinif müəllimi Məmmədova Zərifə aprel hadisələri haqqında danışaraq, aprel şəhidlərinin xatirəsini 1 dəqiqəli sukutla yad etdi. Sonra mövzu ilə əlaqədar olaraq “Tom Soyerin macəraları” təqdim olundu, şagirdlər tərəfindən səhnəciklər göstərildi. Xarici yazıçılar haqqında müəllim şagirdlərlə sorğu sual etdi. Yekunda  direktor müavini Səmədova Günel fəal işritaklarına görə şagirdlərə təşəkkür etdi, müəllim Məmmədova Zərifənin əməyini qiymətləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi