Heydər Əliyev adına "Şöhrət" muzeyinə ekskursiya

     25 aprel 2018-ci il tarixində  Xətai rayonunun bir qrup  gənclərinin Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının "Şöhrət" muzeyinə ekskursiyası təşkil edilmişdir. 

Ekskursiya çərçivəsində muzey haqqında gənclərə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, muzey Ümummilli Lider Heydər Əliyevin xatirəsini əbədiləşdirmək, həyat və fəaliyyətinin, nəsillərə örnək olan mənalı ömür yolunun və irsinin öyrənilməsi, gələcək nəsillərə çatdırılması məqsədilə yaradılmışdır. Unikal məzmuna və nəfis tərtibata malik olan "Şöhrət" muzeyini Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2006-cı il mart ayının 27-də Akademiyaya səfəri zamanı açmışdır. "Şöhrət" muzeyi ilə yaxından tanış olan Prezidentimiz möhtərəm İlham Əliyev muzey haqqında ürək sözlərini xatirə kitabına yazmışdır.

Muzeyin eksponat və stendlərində olan nadir fotoşəkillər, sənədlər, arxiv materialları, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini, ömür yolunu, bütün varlığı ilə bağlı olduğu Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyimizin qorunub saxlanılması, əbədi və dönməz olması, xalqımızın tərəqqisi naminə gördüyü misilsiz işləri, o cümlədən həyatının 25 ilini həsr etdiyi dövlət təhlükəsizlik orqanlarındakı iş dövrünü, onun şəxsən həyata keçirdiyi və peşəkarlıq zirvəsinin nümunələri olan əməliyyatlar haqqında məlumatları əks etdirir. Bu baxımdan "Şöhrət" muzeyi respublikamızda Ulu öndərin zəngin və mənalı həyatını və fəaliyyətini əks etdirən unikal muzeylərdəndir.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi