“Bir gəncin manifesti” əsərinin təhlili

      Dünən ibtidai sinif müəllimi Nuruyeva Əsli 2d sinif şagirdləri ilə birgə oxu gününə həsr olunmuş dərsi təqdim etdilər. Dərs məktəbin kitabxanasında əyani vəsaitlərlə, İKT-dən istifadə olunmaqla keçirildi. M.C.Paşayevin “Bir gəncin manifesti” əsərini oxuyan şagirdlər bu əsərdən “İtə ataram, yada satmaram” parçasını təhlil etdilər. Əvvəlcə şagirdlər M.C.Paşayevin həyat və yaradıcılığı haqqında məlumat verdilər, sonra  isə “İtə ataram, yada satmaram” parçasının məzununu danışdılar, hekayənin xəritəsini, ideyasını izah etdilər. Lüğət üzrə iş aparıldı. Hekayədən balaca bir fraqment şagirdlər tərəfindən səhnələşdirildi. Səhnəcik hər kəs tərəfindən bəyənildi. Hekayədə söhbət ananın toxuduğu xalçadan getdiyi üçün müəllim Nuruyeva Əsli Azərbaycan xalçalarının qədim tarixi haqqında danışdı, əl əməyinin necə qiymətli olduğunu şagirdlərə bildirdi. Həmçinin müəllim onu da qeyd etdi ki, bir neçə gündən sonra Azərbaycan ədəbiyyatı tarixində böyük xidmətləri olmuş görkəmli yazıçımız M.C.Paşayevin 110 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Dərsi direktor müavini Səmədova Günel, müəllimlərdən Hüseynova Zümrüd, Əhmədova Gülnaz, Məmmədova Bahar, Nəbiyeva Fəridə dinlədilər. Sonda müəllim Nuruyeva Əsli məktəbin direktoru Abdullayev Elçin və direktor müavini Səmədova Günelə mütaliə saatını təşkil etdikləri üçün  öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi