"Balaca Şahzadə" povestinin təqdimatı

      23.04.2018-ci il tarixində 2ç sinfində qiraətin inkişaf etdirilməsi məqsədilə Antuan de Sent Ekzüperin “Balaca Şahzadə” povestinin təqdimatı oldu. Direktor müavini Səmədova Günel və sinif müəllimləri şagirdlərin oxuduqları əsəri neca təqdim etdiklərini dinlədilər. Dərsi giriş sözü ilə müəllim Əhmədova Gülnaz açdı. “Kitab bəhrəli ağaclar” mövzusunda kitabın qiymətindən danışdı. “Bu  gün bizdə böyük müəllimə, bilik mənbəyi olan kitablara maraq dünya ölkələri ilə müqayisədə necədir?”. Demək çətindir. Dünyanın bir çox ölkələrində “bukrossinq” (oxuduğun kitabı başqaları ilə təmənnasız bölüşmək) geniş yayılıb. İnsanlar oxuduqları kitabları ictimai yerlərdə qoyur, başqa bir kitabı oxumaq üçün götürürlər.

      Kitablardan nələr öyrəndik? – Vətəni sevməyi, onu qorumağı, böyüklərə hörmət etməyi, kiçikləri əzizləməyi, təbiətin sirlərini və s. Şagirdlər bu başlıq altında şeirlər söylədilər. Nağıllar aləmi – “Balaca Şahzadə” əsəri təqdim olundu. Əsərin qısa məzmununu şagirdlər danışdılar. 12 aprel “Kosmonavtika günü” və Planetlər haqqında məlumat verildi. Şagirdlərin hazırladıqları “Balaca şeytan” adlı səhnəcik cox bəyənildi. Ağazadə Şöhrət, Məmmədli Ramin, Abuşova Təhriqə, Əliyeva Nazlı öz istedadlı çıxışları ilə seçildilər. Sonda direktor müavini Səmədova Günel öz səmimi, gözəl çıxışı ilə dərsi yekunlaşdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi