"Oxu gününə" həsr olunmuş tədbirlər davam edir

     20.04.2018ci il tarixində məktəbin kitabxanasında mütaliə saatı keçirildi. 2b sinif şagirdləri oxuduqları “Kitabi-Dədə Qorqud” dastanı ətrafında müzakirələr apardılar. Dastandakı personajların ab-havasını yaratmaq üçün qızlar milli geyimlərdə, oğlanlar isə igid papaqlarında rollarını ifa etdilər. Şagirdlərdən seçilmiş Şöklü Məlik, Salur Qazan, Qaraca Çoban dialoqlarını söylədilər. Sonda müəllim İsmayılova Vüsalə “İncəbellim” filminin müsiqisi ilə hazırlanmış slaydla mövzunu yekunlaşdırdı. 2b sinfin keçirilən mütaliə saatını direktor müavini Səmədova Günel, müəllimlərdən Yaqubova Leylan, İsmayılova Sədaqət, Dadaşova Aygün, Nuruyeva Əsli dinlədilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi