Məktəbimizdə fövqəladə hallarla bağlı təlim keçirildi

    19.04.2018-ci il tarixində “Məktəblinin  dostu” layihəsi çərçivəsində məktəbdə VI-VIII sinif şagirdlərinə “Fövqəladə hallar zamanı nə etməli” qaydaları haqqında təlim keçirildi. Təlimdə fövqəladə hallar, xüsusilə yanğın zamanı görülən tədbirlər haqqında məlumat verildi, yanğınsöndürənlərdən düzgün istifadə və məişətdə elektrik naqillərinin düzgün yüklənmə və tənzimləmə qaydaları izah edildi. Sonda şagirdlərin sualları cavablandırıldı.

  20.04.2018-ci il tarixində isə IX-XI sinifləri əhatə edən “Fövqəladə hallar zamanı davranış qaydaları və yanğınsöndürənlərdən əyani istifadə” mövzusunda təlim keçirildi. Təlimdə məktəbin direktoru Elçin Abdullayev, “Məktəblinin dostu” layihəsinin koordinatorları – S.Mahmudlu, L.Qurbanova və məktəbimizdəki məktəblinin dostları iştirak etdilər. Şagirdlərin iştirakı ilə təşkil edilən şərti həyəcan siqnalı zamanı məktəbin təxrisi, yanğınsöndürənlərin praktik şəkildə istifadəsi nümayiş edildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi