Şagirdlərimiz “Пушкин и Восток” müsabiqəsində iştirak ediblər

     16.04.2018-ci  il tarixində Bakıda Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunan “Пушкин и Восток” layihəsi çərçivəsində şagirdlər və tələbələr üçün müsabiqə keçirilmişdir. Məktəbdə pilot layihənin koordinatoru müəllim Sona Abbasova tərəfindən bu müsabiqəyə bir neçə şagirdimiz cəlb olunmuşdur. Məktəbin müsabiqədə iştirak edən: 10a  sinifinin şagirdi Məmmədli Mələk,  8a sinifinin şagirdi Qurbanova Aliyə, 7a sinifinin şagirdləri Məmmədli Üzeir, Kamilov Ramazan, 3a sinifinin şagirdləri Məmmədli Fikrət, Əlizadə Xavər  A. Puşkinin şeirlərini və poemadan parçaları rus və azərbaycan dillərində  səsləndirmişdilər.

    Bundan əlavə 7a sinifinin şagirdləri İbrahimli Rəvan və Kamilov Ramazan “Свободных дум зашита и оплот наш вечный Пушкин по земле идет !”  mövzusu üzrə inşa müsabiqəsində də iştirak etmişdilər.  Məktəbin 7a sinifinin şagirdi Alıyev Azər tərəfindən  “Наш вечный Пушкин по земле идет !” adlı təqdimat hazırlanmışdır.

Müsabiqə “Пушкиниана” layihəsinin 20 illik yubileyinə həsr olunmuşdur. Müsabiqə şagirdlərin və valideyinlərin böyük marağına səbəb olmuşdur. Məktəbin şagirdləri müsabiqədə fəal iştirak etmişdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi