İbtidai siniflərdə mütaliə saatları

       Mütaliə saatları çərçivəsində bu gün müəllim İsmayılova Sədaqət 2c sinif şagirləri ilə birlikdə məktəbin kitabxanasında C.Cabbarlının “Dilarə” hekayəsini təhlil etdilər. Dərsi ibtidai siniflər üzrə direktor müavini Səmədova Günel, müəllimlərdən Yaqubova Leylan, Zülfüqarova Gövhər, İsayeva Məsmə dinlədilər. Dərsin əvvəlində C.Cabbarlının həyatı və yaradıcılığı haqqında şagirdlər geniş məlumat verildi. Sonra şagirdlər “Dilarə” hekayəsinin məzmununu danışaraq əsərin xəritəsini, ideyasını izah etdilər. Bəşir ilə arvadı arasında dialoq səhnələşdirilərək, lüğət üzrə iş aparılıdı. Əsərin qəhrəmanlarına şagirdlər tərəfindən yazılan məktublar oxundu. Müəllim İsmayılova Sədaqət hazırladığı slaydda keçmişdə məktəblərin və təhsilin necə olmasını, indiki dövrlə müqayisəsini əks etdirdi. Dərsin sonunda müəllim Sədaqət İsmayılova ona bu şəraiti yaratdıqlarına görə məktəbin direktoru Elçin Abdullayevə və direktor müavini Səmədova Günelə öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi