Məktəbimizdə ingilis dili aylığı davam edir

       İngilis dili aylığı ilə əlaqədar dünən 7e sinfində ingilis dili müəllimi Hüseynova Nigarın açıq dərsi keçirilmişdi. Dərsin mövzusu “The World of talents” idi. Dərsdə British Counclin təlimatçı metodisti Fatimə xanım, metodbirləşmə sədri Şıxıyeva Müzəyyan və direktor müavini Rəsulova Günay iştirak etmişlər. Müəllim dərsi interaktiv metodla, qruplalrla iş üsullarından istifadə etməklə təşkil etmişdi. Şagirdlər istedadlı insanlar haqqında maraqlı layihələr hazırlayıb təqdim etdilər. Dərsin mövzusuna uyğun olaraq müəllim müxtəlif fəaliyyət növlərindən istifadə edərək mövzunu daha da möhkəmləndirdi. O, krossvord, mətni tamamla, variantları uyğunlaşdırma üsullarından istifadə etdi. Dərsin diqqət çəkən məqamı bütün dərs boyu həzn səslə klassik musiqinin səslənməsi oldu. Şagirdlər Lütfi Zadə, H.Əliyev, Murad Sadıx, Mikelancelo, Kolumb, İlham Zəkiyev haqqında maraqlı təqdimatlar hazırladılar. Sonda müəllim Hüseynova Nigar xüsusi kartlar paylayaraq özünü qiymətləndirmə keçirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi