3b sinfində mütaliə saatı keçerildidi

      13.04.2018-ci il tarixində məktəbin kitabxanasında sinif müəllimi Məmmədova Bahar mütaliə dərsi keçdi. Dərsi məktəbin direktor müavini Səmədova Günel, müəllimlərdən Hüseynova Zümrüd, Alıcanova Aysel və Hadıyeva Alidə dinlədilər.

    3b sinif şagirdləri Azərbaycan şifahi xalq ədəbiyyatından “Göyçək Fatma” əsərini təhlil etdilər. Şagirdlər ilk öncəAzərbaycan nağılları haqqında məlumat verdilər. Şifahi xalq ədəbiyyatının nağıl, dastan, bayatı, tapmaca, layla, yanıltmac, atalar sözləri haqqında, aforizmlər, müdrik kəlamlar, şeirlər söylədilər. Daha sonra “Göyçək Fatma” nağılının personajları haqqında danışdılar. Mətnin geniş planı tutuldu. “Hekayə xəritəsi” quruldu. Şagirdlər “Hekayə xəritəsində” obrazlar, məkan, zaman, məzmun və əsərin ideyası haqqında fikirlər söylədilər. Əsərdəki hadisələrin səbəb-nəticə əlaqələri müəyyən edildi. Şagirdlər əsərin ideyasında bildirdilər ki, xeyirxahlıq, düzgünlük sonda həmişə şər qüvvələrə qalib gəlir. Nəticədə Fatmanın hərəkətləri bizə doğruluq, düzgünlüklə yanaşı həmdə bir-birimizə mehriban davranmağı aşılayır. Sonda məktəbin direktor müavini Səmədova Günel və kitabxanaçı Hadıyeva Alidə şagirdlərə ürək sözlərini bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi