“Çörək” hekayəsi mövzusunda 2a sinfində "Açıq dərs"

        Aprel-may aylarında 2-4-cü siniflərdə mütaliə saatının təşkil edilməsi ilə əlaqədar bugün 2a sinfində "Açıq dərs" olub. Müəllim Piriyeva Günay Akif qızı  Əzizə Cəfərzadənin “Çörək” hekayəsini seçərək şagirdlərlə birgə kiçik tamaşa nümayiş etdirərək mövzunu təhlil etdilər.  Dərsin gedişi zamanı həmçinin Günay müəllimə çörəyin dəyəri, bərəkəti, hazırlanması haqqında da məlumat verdi. Çörəyin  qədim zamanlardan necə düzəldiyini və müasir dövrdə hansı mərhələlərdən keçib hazırlandığına dair slayd və videolar göstərərək şagirdləri məlumalandırdı. Çörək haqqında gərəkli məsləhətlər verildikdən sonra şagirdlər çörəyin dəyəri haqqında “Atalar sözü”, “inaclar”  söylədilər. Mütaliə saatının məqsədi ondan ibarətdir ki, şagirdləri şəxsiyyət olaraq formalaşdırıb kamilləşməsini, mənəvi aləmin zənginləşməsini, dünyagörüşünü və bilik dairəsinin genişləndirilməsinə kömək etsin.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi