"Şahin" hərbi-idman oyununun rayon mərhələsi

       14 aprel 2018-ci il tarixində Heydər Əliyev Adına Azərbaycan Ali Hərbi Məktəbdə yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Gənclər və İdman, Müdafiə, Təhsil, Fövqəladə Hallar, Mədəniyyət və Turizm nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, və Respublika Veteranlar Təşkilatının birgə qərarı ilə Xətai rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirilmişdir. Məktəbimizin şagirdləri də bu tədbirdə iştirak ediblər.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyeva, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Heydər Əliyev Adına Azərbaycan Ali Hərbi Məktəbin rəisi general mayor Fizuli Salahov, Xətai Rayon İcra Hakimiyyəti İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, Xətai rayon Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri iştirak etmişdir. 
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılan abidənin önünə gül dəstələri düzmüşlər.
Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Azərbaycan Respublikasının dövlət himni səsləndirilmişdir.
Tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, rayon İcra Hakimiyyəti başçısının müavini Jalə Abdıyevanın  çıxışlardan sonra yarışa start verilmişdir.
Yarışda 37 orta ümumtəhsil məktəbindən hər bir komandanın tərkibi 14 nəfər  olmaqla 8 və 10-cu sinif şagirdləri ümumilikdə 518 nəfər şagird iştirak etmişdir.
Komandalar yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınayırlar. Hər bir komandanın xalı münsiflər heyəti tərəfindən 5 ballıq sistem üzrə qiymətləndirilir.Yekunda hər bir komandanın ayrı-ayrı mərhələlər üzrə əldə topladığı xallar hesablanaraq komandaların əldə etdiyi yekun nəticə qiymətləndirilir və yerlər müəyyənləşdirilir

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi