"Hava haqqında məlumat" mövzusunda keçirilmiş "Açıq dərs"

       Məktəbimizin ingilis dili üzrə metodbiləşmə sədri istər gənc müəllimlərə, istərsədə təcrübəçi tələbələrə yaxından köməklik göstərir. 14.04.2018-ci il tarixində 6a sinfində Azərbaycan Dillər Universitetinin Pedaqoji fakültəsinin təcrübəçi-tələbəsi Məmmədova Ləmanın "Açıq dərs"i təşkil olunmuşdur. “Weather Forecast” yəni "Hava haqqında məlumat"  mövzusunda keçirilmiş dərsdə müəllimə İKT-dən məharətlə istifadə etmiş, mövzu ilə bağlı slayd və şəkillər göstərmişdir. Şagirdlərin şifahi nitq, oxu və yazı vərdişlərini inkişaf etdirmək məqsədilə qrup işi təşkil etmiş, əlavə işçi vərəqələrindən istifadə etmişdir. Mövzu ilə bağlı şagirdlər layihə hazırlayıb təqdim etmişlər. Dərs şagirdlərin böyük marağına səbəb olmuş. Müəllimə şagirdləri qeyri-ənənəvi üsulla qiymətləndirdi. Sonda dərs müzakirə olunmuş, dərsin müsbət və mənfi cəhətləri qeyd edilmiş, müvafiq məsləhətlər verilmişdir.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi