İngilis dili aylığına start verdik

      02-30 aprel tarixində ingilis dili aylığı keçirildiyi üçün məktəbimizdə bu çərçivədə şagirdlərin əl işlərindən ibarət sərgi və divar qəzetləri hazırlanıb. Məktəbin dəhlizində yerləşdirilən sərginin hazırlanmasında məktəbin ingilis dili müəllimləri də fəal iştirak ediblər. Sərgidə şagirdlər peşələr, Ana vətən, Azərbaycan xalçaları, milli qəhrəmanlar, sevimli şəhərim, sevimli məşğuliyyətim, ingilis yazıçı və şairləri adlı divar qəzetləri, nəqliyyat vasitələrindən düzgün istifadə qaydaları, ətraf mühitin qorunması haqqında sərlövhələr və müxtəlif əl işləri hazırlayıblar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi