“Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası” qaliblərinə sertifikatlar təqdim olundu

     Ötən tədris ilində Bakı Şəhəri üzrə ümumtəhsil müəssisələrinin V və VI sinif şagirdlərinin iştirakı ilə “Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası” təşkil olunub. Olimpiadada məktəbimizin 10 şagirdi sertifikatlarla təltif olunub. 95 saylı məktəb üzrə iştirak edən, qalib olmuş 10 nəfər şagirdlərə məktəbin direktoru Elçin müəllim sertifikatlarını təqdim edib. Elçin müəllim şagirdlərimizi təbrik edərək onlara gələcək dərslərində uğurlar arzulayıb.       

      Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmri əsasında BŞTİ və İSTƏK liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi