12 aprel Kosmonavtika günüdür

     Bu gün 12 aprel Kosmonavtika günüdür. Bu günün keçirilməsinə səbəb isə 1961-ci ilin aprelində Yuri Qaqarinin bəşər tarixində ilk dəfə kosmosa uçması olub. Kosmonavtın uçuşu 108 dəqiqə davam edib. Y. Qaqarin bununla kosmosun fəthi erasının əsasını qoymuş oldu. Kosmonavtika günü ilə əlaqədar olaraq məktəbimizin 5e sinif şagirdi Quluzadə Dəniz divar qəzeti hazırlayıb. 

     4ç sinif şagirdləridə kosmonavtika günü ilə bağlı təqdimatlar hazırladılar. Belə ki, şagirdlər təqdimatlarını araşdırdıqları məlumatlar əsasında təqdim etdilər. Müəllim Məmmədova Həcər dərsdə Ümumdünya Kosmonavtika günü, Yuri Qaqarin və ilk qadın kosmonavt Valentina Tereşkova haqqında geniş məlumat verərək bu günün önəmi haqqında danışdı. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi