3a sinfində mütaliə dərsi

  Bu gün məktəbimizin kitabxanasında müəllim Axundova Kifayət mütaliə dərsi keçdi. Dərsi məktəbin direktoru Elçin Abdullayev, direktor müavini Səmədova Günel və müəllimlər dinlədilər. 3a sinif şagirdləri Ə.Məmmədxanlının “Buz Heykəl” əsərini təhlil etdilər. Əsər 1941-1945-ci illərdə baş vermiş hadisələri əhatə edir. Şagirdlər ilk öncə Aprel döyüşlərində şəhid olmuş oğulların xatirəsini 1dəqiqəlik sükutla yad etdilər.  Onlar haqqında şeir söylədilər.

    Daha sonra Azərbaycanın görkəmli şair və yazıçılar haqda məlumat verdilər. Ardınca oxuduqları əsəri təhlil etdilər. Əsərdə ana məhəbbətinin ölüm qarşısında aciz olduğunu xüsusui vurğuladılar. Anaya aid atalar sözləri, aforizmlər, şeirlər söylədilər. Şagirdlər bu əsəri Xocalı faciəsi ilə əlaqələndirdilər. Müharibənin amansız vəhşiliklərində söhbət açdılar. Xocalı faciəsinə aid şeirlər söylədilər. Nəticə bu oldu ki, şagirdlər bildirdilər ki, müharibə heç bir ölkəyə xobəxlik gətirmir və   biz inanırıq ki, Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin daxili və xarici siyasəti nəticəsində torpaqlarımız düşmən tapdağından azad olunacaq. Sonda məktəbin direktoru Elçin Abdullayev şagirdlərə ürək sözlərini bildirdi.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi