Kitabxanada "Açıq dərs"

     03.04.2018-ci il tarixinda 3ç sinfinin  müəlliməsi Əliyeva Naridə akt zalında  aprel döyüşləri haqqında "Açıq dərs" təşkil etdi. Dərsdə direktor Abdullayev Elçin və direktor müavini Səmədova Günel iştirak etdilər. İlk öncə şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra Naridə müəllim 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermiş hərbi münaqişə haqqında şagirdlərə məlumatlar verdi, sinifdə müzakirələr apardı. Dörd gün davam edən müharibə zamanı əsgərlərimizin göstərdikləri igidliklərlə bağlı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələrinin Füzuli rayonu istiqamətində yerləşən "Lələ təpə" adlandırılan yüksəkliyi ələ keçirməkləri ilə bağlı şagirdləri məlumatlandırdı. Dərsin sonunda şagirdlər şəhidlərin xatirəsinə şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi