4ç sinfində şəhidlər yad edildi

   Bu gün həmçinin 4ç sinfində aprel şəhidləri yad edildi. Məmmədova Həcər müəllim şagirdlərlə birlikdə bu döyüşdə həlak olmuş şəhidləri 1 dəqiqəlik sükutla yad etdilər. Sonra aprel döyüşləri və bu döyüşdə həlak olan şəhid, 95 saylı tam orta məktəbin məzunu Vüqar Süleymanov haqqında geniş məlumat verdi. Ordumuzun necə əzmlə, qorxmadan düşmənlə döyüşdüyü haqqında və bunun nəticəsində Cəbrayılın Cocuq Mərcanlı kəndini düşmən tapdağından azad etdiklərini şagirdlərə söylədi. Daha sonra şagirdlər hazırladıqları inşaları, şəkilləri təqdim etdilər, şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi