3ç sinif şagirdlərinin uğurları.

  

     Əliyeva Naridə müəllimənin rəhbərlik etdiyi 3ç sinfinin uğurları çoxdur. Müxtəlif bilik yarışlarında, idman sahəsində qazandıqları medallar, diplom və fəxri fərmanlar məktəbimizin direktoru Elçin Abdullayevidə çox sevindirdi. Həsənli İbrahim, Quliyeva Günay, Cəfərov Məhəmməd “Nömrə 1”  və  “Tusi” tədris mərkəzlərinin bilik yarışlarında uğurlu iştiraklarına görə diplom və fəxri fərmanları ilə təltif olunublar. Ağayeva Məryəm və Hüseynov Əli isə Xətai rayonu üzrə riyaziyyat olimpiadasında III yeri tutublar. Məmmədova Ayşən isə Xətai rayon məktəblərinin şagirdləri arasında keçirilən  “Mənim bayrağım” adlı şeir müsabiqəsində diplomla təltif olunub, “Ana müqəddəsdir” adlı şeir müsabiqəsində isə I yere layiq görülüb. İdman sahəsindədə uğurları olan şagirdlərdən Qasımova Fatimə Akrobatika üzrə Sərhədçi İdman Olimpiya Mərkəzində keçirilmiş yarışda II yere, Yusifli Nəriman Taekvando üzrə Şamaxı Olimpiya Mərkəzinin keçirdiyi yoldaşlıq görüşündə I yere, həmçinin Ağazadə Fatehin oynadığı futbol klubu yeniyetmələr arasında keçirilən mini futbol turnirində II yere layiq görülüblər. Mustafayev Rail isə Şahmat üzrə fərqləndiyinə görə fəxri fərmanla təltif olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi