Novruz gəlir, Yaz gəlir

    Bugün 95 nömrəli məktəbdə Novruz bayramı ilə əlaqədar tədbir keçirildi. Tədbir Təlim Tərbiyə İşləri üzrə direktor müavini - Təşkilatçı Rəsulova Günay tərəfindən təşkil olumuşdur. Tədbirdə məktəb rəhbərliyi, müəllim və şagird kollektivi iştirak etdi. Direktor Elçin Abdullayev tədbirdə çıxış edərək hər kəsin xalqımızın illərdir qoruyub yaşatdığı, mütərəqqi adət-ənənələri özündə ehtiva edən Novruz bayramını təbrik edib, hər kəsə can sağlığı arzu edərək, tədbirdə əziyyəti keçən müəllim və şagirdlərə rəhbərlik adından təşəkkürünü bildirdi.

  Bayram mərasimində Bahar qızı mərasim iştirakçılarını salamladı, Novruz personajları Kosa və Keçəl, xalq dastanlarında olan qəhrəmanlar bir araya  gəldi. Şagirdlər tədbirdə bir-birindən maraqlı şeir və mahnıları ilə iştirak edərək tədbiri daha rəngarəng etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi