Bol-bərəkətli Novruz gəlir

  2a sinif rəhbəri Piriyeva Günayın rəhbərliyi və VIII-IX sinif şagirdlərinin birgə iştirakı ilə məktəbin akt zalında “Novruz bayramı” adlı tədbir keçirildi.

 Tədbir rəngarəngliyi ilə seçilirdi. Zal Novruzun atributları olan xonçalar və səmənilərlə bəzədilmişdi. Qızlar və oğlanlar milli geyimlərdə bayram adətlərini əks etdirən səhnəciklər nümayiş etdirdilər. Həmçinin Bahar qızı, Kosa və Keçəl tədbirə gələrək hər kəsi salamlayıb, öz bayram tövfələrini verdilər. Sonda məktəbimizin direktoru Abdullayev Elçin çıxış edərək şagird və müəllimləri qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi