1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzində tədbir

  12.03.2018-ci il tarixində 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin həyətində, açıq havada, qədim Bakını, milli adət-ənənələrimizi əks etdirən dekorasiyaların, Novruz personajlarının və Novruz bayramına həsr olunmuş rəsm və əl işlərindən ibarət tıədbir keşirilmişdir. Tədbirdə Qırğızıstan, Tacikistan, Misir, Qazaxıstan, Türkmənistan, Pakistan, Qətər, Türkiyə, Dubay, Hindistan, eləcə də Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndələridə istirak etmişdilər. Qonaqlar Mərkəzin dərnək üzvlərinin iştirakı ilə bir-birindən maraqlı səhnələrə, rəqslərə, musiqilərə, şeirlərə tamaşa etdilər. Bizim məktəbdən də 9a sinif şagirdi Quliyev Nihad bu tədbirdə iştirak etmişdir. Nihad gözəl səsi ilə tədbirdə hər kəsi valeh etmişdi. Tədbirin keçirilməsində məqsəd – Azərbaycanda yaşayan çoxsaylı xalqaların nümayəndələrinə Novruzun xalqımız üçün böyük dəyəri olduğunu bildirmək, milli adət-ənənlərimizi unutmadığımızı göstərməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi