"Açıq dərs"

  27.02.2018-ci il tarixində məktəbimizin ingilis dili müəllimi Şıxıyeva Müzəyyan 8d sinfində açıq dərs təşkil etdi. Dərsi məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavinləri Gülalıyeva Həqiqət, Rəsulova Günay və ingilis dili müəllimləri dinləyirdi. Mövzu “Wonders” möcüzələr mövzusu idi. Şagirdlər dərsdə iki qrupa ayrıldılar.

   Bermuda qrupunun nümayəndələri dünyanın möcüzələri haqqında təqdimat hazırlayıb, bu möcüzələr haqqında danışdılar.

   Rodos qrupu isə “Qədim möcüzələr” haqqında danışdılar.

   Açıq dərs müasir dərs sisteminə uyğun olaraq keçirilirdi. Daha sonra şagirdlər coğrafi zonaları ingiliscə xəritədə göstərdilər. Müzəyyan müəllimə şagirdlərə yeni üsul olaraq özlərini qiymətləndirmək üçün meyar kartı payladı. Dərsin sonunda müzəyyan müəllimə hər iki qrupu  qiymətləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi