Xocalı soyqırımının 26-cı il dönümünə həsr olunmuş tədbir

 23.02.2018ci il tarixində məktəbimizdə Xocalı soyqırımının 26cı il dönümü ilə əlaqədar tədbir keçirilib. Tədbir məktəbin şagirdlərinin iştirakı ilə Uşaq Birliyi Təşkilatı Rəsulova Günay tərəfindən təşkil olunub. Məktəbin direktoru Elçin Abdullayevin tədbir iştirakçılarına müraciəti ilə tədbir başladı. Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər. Həmçinin 1992ci ildə Xocalıda törədilmiş vəhşiliklərdən, insanlığa qarşı yönəlmiş hadisələrin acı nəticələrindən söhbət açılıb. Eyni zamanda, qeyd edilib ki, Xocalı soyqırımı Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biridir.  Tədbirdə Səməd Vurğun adına kitabxananın metodistləri, Xətai rayonu Gənclər idman İdarəsinin nümayəndələri, məktəbin müəllim və şagirdləri, valideynlər iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi