Monitorinq
Bu gün məktəbin Təlim Tərbiyə İşləri üzrə direktor müavini Gülalıyeva Həqiqət IX siniflərdə ana dili, riyaziyyat və ingilis dili fənlərindən monitoriq keçirib. Monitorinqin keçirilməsində məqsəd şagirdlərin buraxılış imtahanının I mərhələsinə hazırlıq çərçivəsində bilik səviyyələrinin yoxlanılmasıdır. İnanırıq ki, monitorinq şagirdlərin imtahan həyəcanını nisbətən azaldacaq, imtahana daha məsuliyyətli yanaşmalarına və buraxılış imtahanının I mərhələsində uğur qazanmaqlarına kömək edəcək. Ümid edirik ki, şagirdlərimiz yaxşı nəticə göstərəcəklər.