Xocalı abidəsini ziyarət
Bugün 95 saylı tam orta məktəbin 1e sinfinin müəllimi Hüseynova Zümrüd şagirdlərlə birlikdə dərsdən sonra Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana fəryadı” abidəsini ziyarət ediblər. Şagirdlər abidə önünə gül qoyaraq faciə qurbanlarının xatirəsini yad ediblər və ruhları üçün dualar oxuyublar. 1e sinfinin müəlliməsi Hüseynova Zümrüd şagirdlərə o dəhşətli faciə haqqında məlumat verdi. Şagirdlərə bildirdi ki, tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdi. Şagirdlər Xocalı faciəsinə aid şeirlər söylədilər. Faciə qurbanlarını bir dəqiqəlik sükutla yad etdilər.