Reproduktiv sağlamlıq haqqında
06.02.2018-ci il tarixində A.Məhərrəmov adına 95 nömrəli tam orta məktəbin VI sinif qızlarına “Ümidli Gələcək“ gənclər təşkilatının, Səhiyyə Nazirliyi və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində reproduktiv sağlamlıq haqqında məlumat verilib. Dilguşə Süleymanovanın təlimçiliyi ilə qızlarla “sağlamlıqlarını necə qorumalı” barəsində, şəxsi gigiyena qaydalarına necə riayət etməli, öz bədəninə qulluq etməyin kompleks qaydaların necə aparılması və s. kimi söhbətlər aparıldı. Gələcəyin anası kimi sağlamlıqlarında nələrə xüsusi diqqət yetirməli olduğu söylənildi.