“İslam həmrəyliyi və milli-mənəvi dəyərlərə hörmət” mövzusunda tədbir keçirilib

Xətai Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi ili” çərçivəsində “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərə hörmət” mövzusunda tədbir keçirilib. Tədbirdə Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Fidan Aslanova və Vasif Musayev, məktəbin direktoru Fuad Babayev, müəllim və şagird kollektivi iştirak edib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fuad Babayev iştirakçıları tədbir barədə məlumatlandırıb, məktəblərdə təşkil edilən görüşlərin əhəmiyyətini qeyd etdi. Xətai RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov 2017-ci ilin ölkə rəhbərinin müvafiq sərəncamı ilə ölkəmizdə “İslam həmrəyliyi ili” elan olunduğunu, İslam dünyasına qarşı mənəvi-fiziki hücumların artdığı, İslam dininin terrorla eyniləşdirməyə cəhdlərin edildiyi bir vaxtda bu qərarın mühüm bir qərar olduğunu bildirdi. Bugünki gündə mütərəqqi dünyada demokratik dəyərlərdən biri kimi qəbul edilən etnik-dini tolerantlığın ölkəmiz və cəmiyyətimiz üçün nümunəvi ənənəyə çevrildiyini ifadə edən geniş nitq söylədi. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Fidan Aslanova mövzu ilə bağlı geniş məruzəylə çıxış edərək bildirdi ki, əsrlər boyu cəmiyyətimizdə bərqərar olmuş ədalət, bərabərlik, insanpərvərlik, sülh ideyaları İslami dəyərlərlə bəşəri ideyaların sintezi əsasında formalaşıb. Müsəlman dünyasındakı dini radikalizmin, ekstremizmin mahiyyətində savadsızlıq, mədəni gerilik, maarifsizliyin dayandığını, bu səbəbdən də, elm-təhsilin, aparılan maarifləndirmə işinin sözügedən istiqamətdəki ilkin missiyası İslam həmrəyliyi ideyasının uğurla nəticələnməsi üçün İslam maarifçiliyini və mədəniyyətini dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq, beynəlxalq ictimaiyyətin diqqətini müsəlman dünyasının mənəvi zənginliyinə yönəltmək olmalıdır. Sonda iştirakçılara Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi