“Narkotiksiz, siqaretsiz və alkoqolsuz sağlam həyata doğru” layihəsi çərçivəsində tədbir keçirilib

                 Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Xətai Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsinin dəstəyi, 95 nömrəli tam orta məktəb, Bakı Uşaq Teatrı və Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin təşkilatçılığı ilə “Narkotiksiz, siqaretsiz və alkoqolsuz sağlam həyata doğru” layihəsi çərçivəsində növbəti tədbir təşkil olunmuşdur.
   Tədbirdə Xətai Rayon Polis İdarəsinin rəisi Muradəli Babayev, Xətai Rayon Yol Polisi İdarəsinin rəisi Fuad Əhmədov, rayon Gənclər və İdman idarəsinin aparıcı məsləhətçisi Mamed Rzayev, Respublika Narkoloji Dispanserinin həkimi Afət Məmmədova, 95 nömrəli  tam orta məktəbin direktoru Fuad Babayev, Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin sədr müavini Aqil Abbasov, Xətai Rayon Polis İdarəsinin əməkdaşları, yeniyetmə və gənclər iştirak etmişlər.
   Giriş sözü ilə çıxış edən məktəbin direktoru Fuad Babayev qeyd etmişdir  ki, insanlıq üçün böyük bəlaya çevrilən narkomaniya bütün dünyada qeniş yayılmışdır. Bununla mübarizə aparmaq üçündə yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq və onlar arasında sağlam həyat tərzinin təbliğ olunması, həmçinin əqli-mənəvi durumu, mənəvi-psixoloji cəhətdən düzgün tərbiyə olunması istiqamətində bu cür tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyət kəsb edir.
   Sonra Həkimlər və Təbib Tələbələr İctimai Birliyinin sədr müavini Aqil Abbasov tərəfindən insanların, xüsusilə yeniyetmə və gənclərin sağlam həyat tərzi, əqli-mənəvi durumu, mənəvi-psixoloji cəhətdən düzgün tərbiyə olunması, zərərli  vərdişlərdən, eləcə də narkomaniya bəlasından qorunmağın vacibliyi mövzusunda təqdimat nümayiş olunmuşdur.
   Xətai Rayon Polis İdarəsinin rəisi Muradəli Babayev narkomanlığa qarşı mübarizədə, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında hüquq-mühafizə orqanlarının rolundan danışmış, gələcəyimiz olan gənc nəslin hərtərəfli sağlam formalaşması naminə ictimai məsuliyyətini dərk edən hər bir vətəndaşın narkomanlığa qarşı mübarizədə həmrəylik göstərməsinin vacib olduğunu vurğulamışdır.
   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi