3 iyun - Ümumdünya Velosiped Günü

    03.06.2025-ci il tarixində məktəbin 4”Ə” sinif rəhbəri İranə Nağızadə  3 iyun - "Ümumdünya Velosiped Günü"nü sinif şagirdləri ilə birlikdə coşqu və maraqla keçirdi.

    Əsas məqsəd şagirdlər arasında sağlam həyat tərzini təşviq etmək, ekoloji nəqliyyat vasitələrinə marağı artırmaq və əyləncəli bir gün keçirmək idi.

    Məktəbin həyətində toplaşan şagirdlər öz velosipedləri ilə hazırlıq gördülər. Müəllim tərəfindən əvvəlcədən müəyyən olunmuş marşrut üzrə velosiped yürüşü təşkil olundu. Təhlükəsizlik üçün hər kəsə təhlükəsizlik qaydaları ilə bağlı qısa təlim verildi. Yürüşdən sonra müxtəlif əyləncəli oyunlar keçirildi.

    Velosiped Günü həm şagirdlər, həm də müəllim üçün yaddaqalan və faydalı bir gün oldu. Bu cür tədbirlər uşaqlarda həm məsuliyyət hissini, həm də sağlam həyata marağı artırır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi