"Ən gözəl xətt mənimdir" adlı müsabiqə

Məktəbin kitabxanaçısı Fəxriyyə Cəfərovanın təşkilatçılığı ilə həyata keçirilən "Ən gözəl xətt mənimdir" adlı müsabiqəsinin hazırlıq prosesi tamamlanıb. Şagirdlər yazdıqları mətni, xüsusi hazırlanmış zərflərdə poçt qutusuna atıblar. Məktəbin Ana dili və ədəbiyyat müəllimlərindən ibarət münsiflər heyəti tərəfindən seçilən "Ən gözəl xətt"ə sahib olan şagirdlər seçilərək I yer, II yer və III yer olmaqla sertifikatla təltif olunublar.
Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin kompüter və texnologiyanın geniş istifadə olunduğu dövrdə əl yazısının önəmini vurğulamaq və bu bacarığı inkişaf etdirməkdən ibarət idi.