Şagirdlər "Bilim Bakı" mərkəzində

16 may 2025-ci il tarixində məktəbin 8 “E” sinif şagirdləri tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov və sinif rəhbəri Müzəyyan Şıxıyevanın rəhbərliyi ilə “Bilim Bakı” mərkəzinə ekskursiya ediblər.
Mərkəzdə şagirdlər astronomiya laboratoriyasında eksponatlarla tanış olublar, astronomiya, kosmonavtika haqqında məlumatlar alıblar. Daha sonra komandalara ayrılaraq qazanılmış biliklərə əsasən yarışma təşkil olunubş şagirdlər yarışda öz fəallıqlarını nümayiş etdiriblər.