23 Aprel - Ümumdünya Kitab və Müəllif Hüquqları Günü

    23 Aprel – “Ümumdünya Kitab və Müəllif Hüquqları Günü” ilə əlaqədar müəllim Dinar Salmanova 4”G” sinif şagirdlərini məktəbin kitabxanasına apardı. Kitabxanada onlara bu günün əhəmiyyəti haqqında maraqlı məlumatlar verildi. Kitabların yaranma tarixi, müəllif hüquqlarının qorunması barədə söhbət aparıldı.

     Kitabxana müdiri Alidə Hadıyeva və müəllim Dinar Salmanova  kitabların qorunmasını, müəllif əməyinə hörmət göstərməyin vacibliyini şagirdlərin diqqətinə çatdırdılar. Şagirdlər öz sevdikləri kitabı təqdim etdilər, yazıçılar haqqında öz fikirlərini paylaşıb, kitabxanada sərgilənən maraqlı nəşrlərə baxdılar. Kitabxanada olan müddət uşaqlar üçün həm maarifləndirici ,həm də maraqlı keçdi. Kitab oxumağın və müəlliflərə hörmət göstərməyin nə qədər vacib olduğu şagirdlərin  bir daha diqqətinə çatdırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi