Komandamız Sərhəd Hərbi İdman oyunlarının qalibi oldu

   18.04.2025-ci il tarixində məktəbin tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov yuxarı sinif şagirdlərinin iştirakı ilə Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə keçirilən vətənpərvərlik tədbirinə qatılıblar. Tədbir zamanı Vətən Müharibəsi şəhidlərinin xatirəsinə ucaldılmış memorial kompleks ziyarət edilib, şəhidlərin xatirəsi böyük ehtiramla yad olunub.

    Tədbirdə hər rayon üzrə 4 komanda iştirak edib. Xətai rayonu üzrə isə tədbirə 138, 171, 191 və 95 nömrəli tam orta məktəblərin komandaları qatılıb. Komandalar arasında məktəbin komandası fəallığı ilə seçilmiş, I yerə layiq görülüblər. Rahil Hüseynov isə fəxri fərmanla təltif olunub.

     Bu kimi tədbirlərin keçirilməsi məktəblilərin vətənə, milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək baxımından böyük əhəmiyyət daşıyır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi