Şagirdin cudo yarışında uğuru

Məktəbin 6-cı sinif şagirdi Saday Nəsibov idman la məşğul olan şagirdlərdəndir. Belə ki, cudo idman növü ilə məşğul olan Saday bir çox yarışlarda iştirak edərək, yüksək nailiyyətlər qazanıb.
13 aprel 2025-ci il tarixində keçirilən cudo yarışında 34 kq çəki dərəcəsində yarışaraq II yerə layiq görülüb. Şagirdimizi təbrik edirik. Daha yüksək nailiyyətlər qazansın!