9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
Ümumi təhsil pilləsi üzrə tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart 2025-ci il tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
Nəticələrə əsasən XI sinif şagirdlərindən 40 nəfəri 200 baldan yuxarı nəticə göstərib. Onlardan 13 nəfəri fərqlənmə attestatına namizəddir. Bu münasibətlə şagirdləri təbrik edirik. Qarşıdakı imtahanda onlara uğurlar arzu edirik.
Xatırladaq ki, ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatları müəyyən tələblərə uyğun gələn məzunlara verilir. Bu tələblərə məzunların ümumi orta və ya tam orta təhsil səviyyəsində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənməsi, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin 5 (beş) olması; ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplaması, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alması (ən azı 75 (yetmiş beş) bal toplaması), buraxılış imtahanında inşadan (essedən) minimum 7 (yeddi) bal toplaması daxildir.