Riyaziyyat fənnindən nümunəvi dərs təşkil olundu

10.04.2025-ci il tarixində 1”Ə” sinfində riyaziyyat fənnindən nümunəvi dərs olmuşdur. "Qəpik, manat" mövzusuna həsr olunmuş dərsin məqsədi isə şagird qəpik və manatları tanımaq, verilmiş hər hansı bir məbləği müxtəlif qəpik, yaxud kağız pullarla göstərməkdir.
Təlim forması kollektivlə və qrupla iş, təlim üsulu isə beyin həmləsi, müzakirə, müşahidə idi. Nümunəvi dərs zamanı video- çarxdan, dərslikdən, iş vərəqlərindən, qəpik və kağız pullardan istifadə olunmuşdur.
Mövzu həyat bilgisi və musiqi fənni ilə inteqrasiya edilmişdir. Müəllim Aygün Dadaşova ilk öncə şagirdlərin diqqətini mövzuya yönəltmək üçün onlara bir sıra suallar vermiş, daha sonra araşdırma-müzakirə etmişlər.
Müəllim öyrənmə mərhələsində hər bir qəpik və manatın ön və arxa üzündə şəklini, onların izahını, pulların ümumi məbləğini onların dəyəri ilə müəyyən olunduğunu izah etmişdir. Bələdçi zamanı şagirdlər təsvir edilmiş qəpiklərə uygun misallar yazdılar. Onlar "Kvadrat, Dairə, Üçbucaq, Düzbucaqlı" qruplarına ayrılmışdır. Hər bir qrup onlara verilmiş tapşırıqları müəyyən edilmiş vaxt ərzində yerinə yetirdilər. Daha sonra hər qrupun kapitanı tapşırıqların izahını təqdim etdi. Sonda ümumiləşdirmə və qrupların qiymətləndirilməsi aparıldı.
Nümunəvi dərsdə məktəbin direktoru Pərvanə Abbasova, təlim-tərbiyə işləri üzrə müavini Aynurə Ağayeva, ibtidai sinif müəllimləri Sədaqət İsmayılova, Əsli Nuruyeva, Kifayət Axundova iştirak etdilər.