Novruz əhval-ruhiyyəli tədbir

Novruz bayramı Azərbaycanın milli bayramıdır. Novruz bayramı yaz fəslinin gəlişinə bir ay qalmış qeyd olunmağa başlayır. Belə ki, hər həftənin çərşənbə axşamı növbə ilə Su,Od,Yel, Torpaq çərşənbələri keçirilir.
Su çərşənbəsində hamı səhər tezdən bulaq başına gedir, əl-üzünü yuyur,suyun üstündən atlanır.
Od çərşənbəsində tonqal qalanır,üstündən hoppanaraq bütün pis günlərinin geridə qalmasını arzulayırlar.
Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir.
İlaxır çərşənbə torpaq çərşənbəsidir.Həmin gün evlərdə bayram süfrəsi açılır,bayram xonçası bəzənir.
Kosa ,keçəl bu bayramın rəmzi obrazlarıdır. Onlar öz oyunları, nəğmələri ilə insanları şənləndirirlər.