"Məktəbdən karyeraya" mövzusunda maraqlı və interaktiv təlim

    13 mart 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının əməkdaşları tərəfindən məktəbdə "Məktəbdən karyeraya" mövzusunda maraqlı və interaktiv təlim keçirildi.

     8-11-ci sinif şagirdləri əmək bazarının hazırkı vəziyyəti, müxtəlif peşə və ixtisaslar, eləcə də uğurlu peşə seçimi haqqında məlumatlar əldə etdilər. Onları maraqlandıran suallar cavablandırıldı və faydalı tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi