"Ana dili aylığı" çərçivəsində "Arşın mal alan" operettası səhnələşdirildi

Qarlı və şaxtalı havaya baxmayaraq 27.02.2025-ci il tarixində "Ana dili aylığı" çərçivəsində məktəbin akt zalında Ana dili müəllimlərinin təşəbbüsü ilə 10-cu sinif şagirdləri "Arşın mal alan" operettasını səhnələşdirdilər.
Tədbirdə məktəbin direktoru Pərvanə Abbasova, tərbiyə işləri üzrə direktor müavini Rahil Hüseynov, kitabxana müdiri Alidə Hadıyeva, müəllimlər və şagirdlər iştirak edirdilər.
Ana dili müəllimləri Səbirə Əliyeva, Arzu Əhmədova, Səadət Hüseynova, Ülviyyə Fətullayeva tərəfindən yüksək səviyyədə təşkil olunmuş bu tamaşa məktəb kollektivi tərəfindən böyük maraq və alqışa səbəb oldu.