Kitab oxumaq niyə vacibdir?

   14.02.2025-ci il tarixində kitabxanaçı Fəxriyyə Cəfərova 3"Ə" sinif şagirdlərinə kitab hədiyyə etdi. Bu təşəbbüsün məqsədi şagirdlərdə kitaba sevgi hissi yaratmaq, mütaliə mədəniyyətini formalaşmaqdan ibarət idi.

    Belə ki, həmin gün 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü olduğu üçün kitabxanaçı eyni zamanda bu tarix haqqında da şagirdlərə məlumat verdi.

    Uşaqlar oxumağı kiçik yaşlarından öyrənməlidir, çünki bu, beyin inkişafı üçün vacibdir. Yəni müəyyən biliklər əldə edildikdən sonra oxumaq dayanmamalıdır. Oxumaq yaşından, iqtisadi vəziyyətindən və maraqlarından asılı olmayaraq hər kəsin edə biləcəyi maraqlı fəaliyyətlərdən biridir. Buna görə də oxumağın gündəlik həyatımıza necə təsir etdiyini bilmək çox vacibdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi